“Qarabağ” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.
“Qafqazinfo” xəbər verir ki, Antalyada hazırlıq keçəcək Ağdam klubu səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından səfərə yola düşüb.
"Qarabağ" təlim-məşq toplanışı çərçivəsində 6 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 17-si Rusiyanın "Kuban", yanvarın 20-si Polşanın "Lexiya", yanvarın 25-i öncə Makedoniyanın "Şkupi", daha sonra isə Ukraynanın "Mariopul", Bosniya və Hersoqovinanın "Sarayevo, fevralın 3-ü Monteneqronun "Mladost" klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, Premyer Liqanın digər təmsilçisi “Qəbələ” bir neçə gündür Antalyada hazırlıq keçir.
Son xəbərlər
Son Xəbərlər