“Qarabağ” daha bir legionerinin xidmətindən məhrum oldu

qarabag-daha-bir-legionerinin-xidmetinden-mehrum-oldu
Oxunma sayı: 1364

“Qarabağ” Azərbaycan Premyer Liqasının 14-cü turunda “Sabah”la keçirəcəyi matça iki itki ilə çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Filip Ozobiç və Kevin Medina bu gün keçiriləcək oyunu buraxacaq.

Ozobiç zədə səbəbindən komandaya kömək edə bilməyəcək. 30 yaşlı yarımmüdafiəçinin zadəsinin nə qədər ciddi olduğu hələlik bəlli deyil.

Medina isə cəzalı olduğu üçün matçın iştirak ərizəsinə daxil edilməyəcək. 28 yaşlı kolumbiyalı müdafiəçi 13-cü turda “Zirə”ni 3:2 hesabı ilə məğlub etdikləri görüşdə qırmızı vərəqə alıb. AFFA İntizam Komitəsi ona iki oyunluq cəza verib.

“Sabah” komandasında isə zədələrini yenicə sağaltmalarına rəğmən, hələ kollektiv məşqlərə qatılmayan qapıçı Saşa Stamenkoviç və müdafiəçi Bəhlul Mustafazadənin meydana çıxmayacaqları dəqiqdir. (Report)

Qeyd edək ki, bu gün “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Qarabağ” matçı saat 18:00-da başlayacaq.