““Qarabağ” daha güclüdür”- - Monteneqrolu futbolçu

qarabag-daha-gucludur-
Oxunma sayı: 1149


- “Qəbələ”ni tanıyırsız?

- Yox. Bu komanda haqqında heç bir məlumatım yoxdur. Özüm də “Çukariçki”yə təzə transfer olmuşam. Ümid edirəm ki, “Qəbələ”yə qarşı meydana çıxacağam.

- Azərbaycan haqqında nə bilirsiniz?

- Ölkəniz haqqında məlumatım çoxdur. Ümumiyyətlə, gözəl ölkə olduğundan, paytaxt Bakının Avropanın ən gözəl şəhərlərindən biri olduğundan xəbərim var. 

- Futbolumuz haqqında?

- Çox az məlumatım var. “Qarabağ”ı tanıyıram. Bu komandanın keçən mövsüm Avropa Liqasının qrup mərhələsində oynadığından xəbərim var.

- Siz Monteneqrodansız və “Qarabağ”da ölkənizi Çempionlar Liqasında təmsil edən “Rudar”la qarşılaşacaq...

- “Qarabağ” çox güclü komandadır. “Rudar” üçün heç də asan olmayacaq. Ümid edirəm ki, onlar yaxşı nəticə göstərəcəklər. Amma reallıqla baxsaq, Azərbaycan təmsilçisi daha şanslıdır.

- Yəni “Qarabağ” qələbə qazanacaq?

- Bunu demək üçün çox tezdir.

- Bizim Avropa Liqasındakı təmsilçimiz “Neftçi” Monteneqro komandası “Mladost”a uduzdu...

- Uduzmadı. Bəxt “Mladost”un tərəfində oldu. Hər iki oyun heç-heçə bitdi və “Mladost” növbəti mərhələyə adladı. Onlar qələbə qazana bilmədilər.

- “Mladost” güclü komandadır?

- Yox. Mən onlara güclü deməzdim. Heç yaxşı oyun göstərdilər onu da demək düzgün deyil. Sadəcə “Neftçi” bu komandanı keçə bilmədi.

- Deməli “Neftçi” daha zəif idi?

- Bu suala cavab vermək istəmirəm.

- Bəs siz “Qəbələ”ni keçə biləcəksiz?

- “Qəbələ” çox güclü komandadır. Onlara qarşı oynamaq çətin olacaq. Lakin biz kollektiv futbol nümayiş etdirib bu mərhələni adlamalıyıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

Elsevər