“Qarabağ” “Dalğa Arena”da

qarabag-dalga-arenada
Oxunma sayı: 2033

Topaz Premyer Liqasında IV turun oyunlarının başlama saatı açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, millilərin oyunu səbəbindən yaranan fasilə sentyabrın 12-də başa çatacaq.

2 günə bitəcək tura Gəncədə start veriləcək. Həmin gün paytaxtda da 2 qarşılaşma baş tutacaq. Mərkəzi görüşdə “Qarabağ” “Xəzər Lənkəran”ı özü üçün yeni – “Dalğa Arena”da qəbul edəcək.

IV tura “Rəvan” – “Neftçi” matçı ilə yekun vurulacaq.

12 sentyabr (şənbə)

16:00. “Kəpəz” – AZAL
Gəncə şəhər stadionu

20:00. “İnter” – “Qəbələ”
“İnter Arena”

20:30. “Qarabağ” – “Xəzər Lənkəran”
“Dalğa Arena”

13 sentyabr (bazar)
19:00. “Sumqayıt” – “Zirə”
Kapital Bank Arena

21:00. “Rəvan” – “Neftçi”
“Bayıl Arena”