Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
"Qafqazinfo" xəbər verir ki, "Qarabağ" İrlandiyanın “Dundalk” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaqdı. İlk oyunda 1:0 qalib gələn kiprlilər ev matçında da 3:0 hesabı ilə rəqibini məğlub edib.
Beləliklə, APOEL ÇL-in üçüncü təsnifat mərhələsində "Qarabağ" - "Dundalk" cütünün qalibi ilə üz-üzə gələcək.
Əgər "Qarabağ" "Dandolk" səddini keçə bilməsə, mübarizəni Avropa Liqasında davam etdircək. Burada ağdamlılar "Slovan"la qarşılaşacaq. Slovakiya təmsilçisi Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyununda Kosovonun "Feronikeli" klubunu mübarizədən kənarlaşdırıb. Bu komandalar arasında ilk oyun "Slovan"ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Son xəbərlər
Son Xəbərlər