“Qarabağ danışıqları düzgün yola qayıdacaqsa, məni həbs etsinlər”

qarabag-danisiqlari-duzgun-yola-qayidacaqsa-meni-hebs-etsinler
Oxunma sayı: 2391

“Mən özümə görə heç nədən qorxmuram. İndi məsuliyyətsiz populistlərin ölkəmiz üçün dağıdıcı siyasətindən qorxuram”.

“Qafqazinfo”nun “eadaily.com”a istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan Yerevanda Andranik Markaryan siyasi məktəbində məzunlardan birinin sualını cavablandırarkən deyib.

“Əgər mənim həbsimlə xalqımız razı və xoşbəxt olacaqsa, 1 mart hadisələrinin (2008-ci ildə prezident seçkilərindən sonra baş vermiş kütləvi iğtişaşlarda 10 nəfər ölüb) üstü açılacaqsa, 27 oktyabr insidenti (1999-cu ildə Errmənistan parlamentində terakt) tam aydınlanacaqsa, ölkəmizə qarşı təhdidlər zərərsizləşdiriləcəksə, Qarabağla bağlı danışıqlar düzgün istiqamətə qayıdacaqsa, qoy məni həbs etsinlər”.

Qeyd edək ki, S. Sarkisyan 1 mart hadisələrinin təşkilində ittiham edilir. O, artıq bir neçə dəfə Xüsusi İstintaq Xidmətində dindirilib.