“Qarabağ” darmadağınla qalib gəldi - Fotolar+ Yenilənib

qarabag-darmadaginla-qalib-geldi
Oxunma sayı: 11148

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək. 

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Albaniya təmsilçisi “Kukesi” ilə cavab matçına çıxacaq.

Səfərdə keçirilən ilk oyunda qolsuz heç-heçə edən “köhlən atlar” doğma meydanda qələbə qazanmağa çalışacaq.
 
Bu cütün görüşündə qələbə qazanan komanda ÇL-in 3-cü təsnifat mərhələsində BATE (Belarus) - HİK (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bakıdakı görüşdə uduzan komanda isə Avropa Liqasına yollanacaq. Həmin komandanın rəqibi “Torpedo” (Gürcüstan) - “Vikinqur” (Farer adaları) cütünün qalibi olacaq.
 
UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, cavab oyunu

1 avqust 
21:00. Qarabağ - Kukesi

(İlk oyun 0:0)

Hakimlər: Peter Kraloviç, Miroslav Benko, Erik Vayss, Patrik Hrka.

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

***

Matç başladı.

***

İlk təhlükəli epizod 9-cu dəqiqədə yaşandı. "Kukesi" müdafiəçilərinin cərimə xətti daxilində buraxdığı səhvdən sonra topu ələ keçirən Miçelin zərbəsi qapının yanından keçdi.

***

23-cü dəqiqədə "Qarabağ" penalti qazandı. "Kukesi" müdafiəçisi Emeqaranı kobudluqla dayandırdı.

***

Penalti zərbəsini Dani Kintana dəqiq yerinə yetirdi və "Qarabağ"ı hesabda 1:0 önə çıxardı.

***

İlk hissədə başqa qol vurulmadı və "Qarabağ" fasiləyə minimal hesablı üstünlüklə yollandı.

***

İkinci hissə başladı.

***

52-ci dəqiqədə "Qarabağ" daha bir penalti qazandı. Yenə baş rolda Emeqara oldu. O, qapıçını da keçdikdən sonra topu qapıya göndərərkən rəqib müdafiəçi Albi Alla əllə oynadı. O, bu hərəkətinə görə meydandan qovuldu.

Bu dəfə topun başına Emeqara özü keçsə də, onun zərbəsini qapıçı dəf etdi. Beləliklə, "Qarabağ"ın 1:0 hesablı üstünlüyü davam etdi, rəqib isə azlıqda qaldı.

***

57-ci dəqiqədə Emeqara "Qarabağ"a 3-cü penaltini qazandırdı. Bu dəfə topun başına yenə Dani Kintana keçdi və hesabı 2:0 etdi.

***

89-cu dəqiqədə "Qarabağ" hesabı 3:0 etdi. Daha bir yeni transfer Con Delarj ilk matçında fərqlənməyi bacardı.

***

Matç bitdi.