Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
“Keşlə” doğma meydanda “Qarabağ”la üz-üzə gələcək. İlk oyunda 1:0 hesablı qələbəyə sevinmiş Ağdam klubu, yarımfinala yüksəlməyə daha yaxın görünür. “Keşlə”nin şansı az olsa da, sürprizə imza atması istisna edilmir.
Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
11 fevral
“Keşlə” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov.
Bakı. “ASK Arena”, 18:00.
İlk oyun – 0:1.
***
“Keşlə” doğma meydanda “Qarabağ”la üz-üzə gəlib. İlk oyunda 1:0 hesablı qələbəyə sevinmiş Ağdam klubu cavab matçında darmadağınla qalib gələrək yarımfinala yüksəlib.
“Keşlə” – “Qarabağ” 0:6
Qol: P.Andrade, 9. İ.Vadji, 17; 45. R.Şeydayev, 43-pen; 84. M.Qurbanlı, 78.
"Keşlə": 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 11. Sadio Tounkara, 77. Merab Giqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 6. Franko Flores, 13. Pərviz Azadov.
Baş məşqçi: Sənan Qurbanov.
"Qarabağ": 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 25. İbrahima Vadji, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.
Son xəbərlər
Son Xəbərlər