“Qafqazinfo” Xorvatiya mətbuatına istinadən xəbər verir ki, ağdamlılar ötən il Avroliqanın qrup mərhələsində üz-üzə gəldikləri Ukraynanın “Dnepr” klubunun müdafiəçisi Mladen Bartuloviçi almaq istəyir.
Dneprepetrovsk klubunun heyətində möhkəmlənə bilməyən və tez-tez başqa klublarda icarədə çıxış edən futbolçu özü də komandasını dəyişmək istəyir. “Qarabağ”dan başqa bu futbolçu ilə Zaqreb “Dinamo”su və “Rieka” klubları da maraqlanır.
Xəbərləri futbolçunun meneceri də təsdiqləyib: “Azərbaycandan və Xorvatiyadan təklif almışıq.Ukraynadan da bir neçə klub Mladeni istəyir. Hazırda danışıqları davam etdiririk”.
Son xəbərlər
Son Xəbərlər