Qarabağ döyüşçülərinin Forumu keçiriləcək

qarabag-doyusculerinin-forumu-kecirilecek
Oxunma sayı: 640

QAT-ın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatlarının başlanmasının (12 iyun 1992-ci il) 20 illiyinə həsr olunmuş Forum 2012-ci il iyunun 12-də Beynəlxalq Mətbuat Mərkəzində öz işinə başlayacaq. Forumda Qarabağ döyüşçüləri, hərbi ekspertlər, Alyansa daxil olan təşkilatların rəhbərlərinin iştirakı nəzərdə tutulur. Forumun keçirilməsində məqsəd Azərbaycan Ordusuna inamın daha da gücləndirilməsi, işğalçı Ermənistana qarşı hərbi yolun labüdlüyü fikrinin ictimai rəydə möhkəmləndirilməsi, hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsindən ibarətdir.