“Qarabağ” dünya reytinqində 7 pillə irəlilədi

qarabag-dunya-reytinqinde-7-pille-ireliledi
Oxunma sayı: 1583

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycanın 1 komandası siyahıya düşüb.

307 klubun qərarlaşdığı cədvəldəki yeganə təmsilçimiz “Qarabağ”dır. Ağdam təmsilçisi reytinqdə 7 pilləlik irəliləyiş edərək, 62-ci yerə yüksəlib. Qurban Qurbanovun komandasının aktivində 149 xal var.

Reytinqə Braziliyanın “Flamenqo” klubu başçılıq edir, İspaniyanın “Real” klubu ikinci, Braziliyanın digər təmsilçisi “Palmeyras” isə üçüncüdür.