Şikayətçi qeyd edib ki, döş nişanı 0556, idarə etdiyi xidməti avtomobilin ekipaj nömrəsi 386 olan və özünü Teymur kimi təqdim edən DYP əməkdaşı məni saxlayaraq 100 manat rüşvət tələb etdi: “Pulu vermədiyim üçün sənədlərimi aldı. Həmin şəxslə bağlı əlaqədar qurumlara müraciət etsəm də, hələ də müraciətimə cavab verən yoxdur. Avtomobilimə məxsus sənədlər Teymur adlı şəxsdədir və bu gün də həmin sənədlərdən heç bir xəbər yoxdur. Teymur adlı şəxsin həqiqi kimliyinin müəyyənləşməsi isə problemə çevrilib”.
Problemlə əlaqədar I qrup Qarabağ əlili aidiyyatı qurumlara müraciət edib: “Sağlamlığını vətənin azadlığı və toxunulmazlığına qurban verən Qarabağ Əlilinə qarşı bu haqsızlıq aradan qaldırılmasa, o zaman məcburiyyət qarşısında daha ciddi addımlara əl atacam. Məni məcbur etməsinlər ki, hansısa rüşvətxor polis əməkdaşına görə həyatıma qəsd edim, düşmənləri ölkəmizə güldürüm. Tələb edirəm ki, məndən rüşvət tələb edən, sənədlərimi oğurlayan həmin polis əməkdaşını tapın və məsuliyyətə cəlb edin”.
Son xəbərlər
Son Xəbərlər