Qarabağ Fondu Türk Festivalında Azərbaycanı təmsil edib

qarabag-fondu-turk-festivalinda-azerbaycani-temsil-edib
Oxunma sayı: 637

Qarabağ Fondu Vaşinqtonda keçirilən ənənəvi Türk Festivalında Azərbaycanı təmsil edib. “Qafqazinfo”nun məlumatına görə, Qarabağ Fondunun sərgi masası və mədəniyyət proqramı müxtəlif yaş qrupları və böyük sayda ziyarətçilərin marağına səbəb olub. Fondun stendinə yaxınlaşan sərgi iştirakçılarına Azərbaycan haqqında məlumat bukletləri və tanıdım materialları paylanıb. Fondun əməkdaşları və könüllüləri Azərbaycan milli rəqs nümunələri, ləziz yeməklər və sənət işləri nümayiş etdirərək amerikalıları heyran ediblər. Bu ilki festivalda 20,000-dən artıq ziyarətçi iştirak edib. Ankara və Vaşinqtonun isə bu il qardaşlaşmış şəhərlər olması tədbir zamanı qeyd olunub.

Qeyd edək ki, türk Festivalı hər il Ağ Evin qarşısında keçirilir. 2003-ci ildən bəri keçirilən Türk Festivalı (www.turkishfestival.org) ABŞ paytaxtının ən geniş etnik festivallarından biridir. Festival türk mədəniyyəti haqqında geniş məlumat verir və onun rolunu Yaxın Şərq, Qafqaz, Balkan və Mərkəzi Asiya mədəniyyətlərini birləşdirən körpü kimi vurğulayır.