“Qarabağ” Fransadan etdiyi yeni transferi açıqladı

qarabag-fransadan-etdiyi-yeni-transferi-aciqladi
Oxunma sayı: 4526

"Qarabağ" Yassine Benzianın transferini açıqlayıb.

Bu barədə “Qafqazinfo” klubun feysbuk hesabında istinadən xəbər verir.

Onunla bağlanan müqavilənin müddəti və digər detallar açıqlanmayıb. Benzia "Qarabağ"da 7 nömrəli forma ilə çıxış edəcək.

28 yaşlı hücumameylli yarımmüdafiəçi olan Benzia Fransanın U-21 millisi də daxil olmaqla bir neçə aşağı yaş qrupu üzrə komandalarında oynayıb. O, həmçinin Əlcəzairin əsas millisində 4 oyun keçirib. "Lion", "Fənərbaxça", "Olimpiakos", "Lill", "Hatayspor"da oynamış Benzia bu mövsümü Fransanın "Dijon" klubunda keçirib. 

Benzia Fransa Liqa-1-də ümumən 131 oyun keçirib, 15 qol vurub və 13 qolun ötürməsini verib.