“Qarabağ” futbolçularını milliyə buraxmadı

qarabag-futbolcularini-milliye-buraxmadi
Oxunma sayı: 1338

Bakıda təlim-məşq toplanışını davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətində dəyişiklik baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.

“Qarabağ” klubunun müraciəti əsasında qarşılıqlı razılaşmaya uyğun olaraq komandanın üzvləri - İsmayıl İbrahimli və Hacıağa Hacılı hazırlıq prosesinə qatılmayıb.