Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" futbolçusu Vild-Donald Gerye ilə yeni müqavilə imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı yarımmüdafiəçi özü verib. 29 yaşlı futbolçu bildirib ki, gələn mövsümün sonunda başa çatacaq mövcud sözləşməsinin müddətini daha bir il artırıb.
Qeyd edək ki, Vild-Donald Gerrye "Qarabağ"a 2017-ci ilin yayına keçib.
Son xəbərlər
Son Xəbərlər