“Qarabağ” gəlirlərini açıqladı - Foto

“Qarabağ” gəlirlərini açıqladı
Oxunma sayı: 2932

“Qarabağ” klubu 2021-ci ilin maliyyə hesabatını təqdim edib.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi yayım hüququndan, bilet satışından, sponsor müqavilələrindən, reklam gəlirləri və s. gəlirlərlərdən 16 311 300 manat qazanıb. 2020-ci ildə bu rəqəm 12 584 700 manat idi.

Klubun cəmi aktivləri 32 519 800 manat olub (2020-də 29 683 000). “Qarabağ” əməliyyat xərclərinə 19 804 200 manat (ötən il 16 075 800) xəsait sərf edib. Əmək haqqı və mükafat xərcləri 11 450,6, əsas vəsaitlərin amortizasiyası 496,8, qeyri maddi aktivlərin köhnəlməsi 1 530,6, sair xərclər 6 326, 2 təşkil edib.

Ümumiyyətlə, “Qarabağ” ötən il 3 568 000 xərcləyib. Bir il əvvəl bu rəqəm 3 775 000 manat idi.