“Qafqazinfo” xəbər verir ki, Ağcabədi rayonunda keçirilən və 2 gün davam edən çempionatın bağlanış mərasimində Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edərək, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə idmana və gənclərin inkişafına daima diqqətlə yanaşdığını, hər zaman qayğı göstərdiyini bildirdi.
Təşkilat Komitəsi Şahmat Evində 2 gün davam edən çempionatın gedişi haqqında məlumat verib və iştirakçıları sonuncu final oyununu izləməyə dəvət edib.
Çempionatın sonunda qalib olmuş Qarabağlı gənclərə Mərkəzin tərəfindən diplom və müxtəlif hədiyyələrlə təltif olunublar.