“Qarabağ” gözünü kuboka dikib

qarabag-gozunu-kuboka-dikib
Oxunma sayı: 947


“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər veri ki, Premyer Liqanın sonuncu turunda “Bakı”nı 4:0 hesabıyla məğlub edən komanda dərhal kubok oyununun hazırlıqlarına başlayıb.

 Ölkə kubokunun ¼ final mərhələsində “Qəbələ”nin qonağı olacaq “Qarabağ” bugün yeganə çalışma gerçəkləşdirib, Qəbələyə yollanacaq. 

Qeyd edək ki, kubokun ilk görüşü sabah, Qəbələ şəhər stadionunda saat 14:30-da keçiriləcək. Cavab görüşü 1 həftə sonra Martın 19-unda baş tutacaq.