“Qarabağ” gürcü qapıçını transfer etdi

qarabag-gurcu-qapicini-transfer-etdi
Oxunma sayı: 3550

“Qarabağ” komandası gürcü qolkiper Luka Quqeşaşvilini transfer edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun saytında yazılıb. 

Bildirilir ki, 2022-ci ilin yanvarında Polşanın "Yagelloniya" klubundan icarəyə götürülmüş Luka Quqeşaşvili ilə daha 3 illik müqavilə imzalanıb.

Klub "Yagelloniya" ilə danışıqların yekununa əsasən, gürcüstanlı qapıçının transfer hüququna yiyələnib.