“Qafqazinfo” xəbər verir ki, ağdamlılar axşam 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda Monteneqro "Rudar”ını qəbul edəcək.
Qarşılaşma öncəsində qonaqların kapitanı Nedelko Vlahoviç açıqlama verərək, son Azərbaycan çempionu "Qarabağ”ı dəyərləndirib: “”Qarabağ” haqqında nə danışa bilərəm ki? Bir halda ki, onlar ötən mövsüm Avropa Liqasının finalçısı "Dnepr”i 1:0 məğlub etmişdilər. Gücləri hər kəsə bəllidi. Həqiqətən də rəqib güclü komandadı və şanslar onların xeyirinədi. Ancaq biz də qələbəyə inanırıq. Bunun üçün meydanda vuruşacağıq. Çox şadam ki, Çempionlar Liqasında oynayıram. "Qarabağ”la matçlar bizim üçün çox vacib olacaq”.
Son xəbərlər
Son Xəbərlər