“Qarabağ” İngiltərə Premyer Liqasından oyunçu alır

qarabag-ingiltere-premyer-liqasindan-oyuncu-alir
Oxunma sayı: 1757

Avropada transfer pəncərəsinin bağlanmasının sonuncu günü “Qarabağ” yeni qapıçı alır.

"Qafqazinfo" qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”un qapıçısı Asmir Beqoviçi heyətinə cəlb edir. Bosniya millisinin 32 yaşlı qapıçısı ilə 1 illik icarə müqaviləsi imzalanmaq üzrədir. Tərəflər arasında danışıqların son mərhələyə çatdığı, yaxın saatlarda transferlə bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, Beqoviç İngiltərədə müxtəlif vaxtlarda “Çelsi”, “Stok Siti”, “Portsmut”, “Yovil Taun”, “İpsviç Taun”, həmçinin Belçikada “La Luvyer” komandalarında da oynayıb.