“Qafqazinfo” xəbər verir ki, turun ən maraqlı qarşılaşmalarından biri “Qarabağ”la “İnter” arasında olacaq. I turda “Sumqayıt” üzərində 3-0 hesablı qələbə qazanan “Qarabağ” əvəzetmə məsələsində qaydaları pozduğuna görə texniki məğlubiyyət alın. “İnter” isə əksinə siftəni “Qəbələ” üzərində 4-0 hesablı qalibiyyətlə edib.
Günün digər maraqlı qarşılaşması “Neftçi” ilə “Bakı” arasında keçiriləcək. Bu günə keçirilməsi planlaşdırılan son matç isə “Xəzər Lənkəran”la “Sumqayıt” arasında olacaq.
Oyunların başlama saatı belədir:
Saat 18:00
“Qarabağ” –“İnter”
Baş hakim Fariz Yusifov
İsmət Qayıbov adına Bakıxanov stadionu
Saat 19:00
“Neftçi”- “Bakı”
“Bakcell Arena” stadionu
Baş hakim Ömər Paşayev
Saat 20:00
“Xəzər Lənkəran”- “Sumqayıt”
“Xəzər LƏnkəran” mərkəzi stadionu
Baş hakim Orxan Məmmədov
İqbal
Son xəbərlər
Son Xəbərlər