“Qarabağ” ispan futbolçu alır

qarabag-ispan-futbolcu-alir
Oxunma sayı: 1792

“Qarabağ” transfer pəncərəsinin son günü İspaniyadan heyətinə yeni futbolçu cəlb edə bilər.

“Qafqazinfo” xəbər verir ki, məşhur “Marca” nəşri Ağdam klubunun “Rayo Valyekano”nun hücuma meylli gənc yarımmüdafiəçisi Coni Montieli yay fasiləsini gözləmədən indi heyətinə qatmaq istədiyini yazıb. Azərbaycan çempionunun buna görə qarşı tərəfə yaxşı təklif irəli sürdüyü iddia olunur.

21 yaşlı gənc futbolçunun əsas heyətə düşməkdə çətinlik çəkdiyi bildirilir. Bu səbəbdən qış fasiləsində “Rayo Valyekano”nun onu satmaq və ya icarəyə vermək istədiyi iddia olunub. O, bu mövsüm Sequndada sonradan meydana daxil olmaqla 12 oyunda iştirak edib.