“Qarabağ” Juninyonun transferini rəsmən açıqladı

qarabag-juninyonun-transferini-resmen-aciqladi
Oxunma sayı: 5212

“Qarabağ” futbolçusu Olavio Juninyo ilə bağlı rəsmi açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisinin yaydığı açıqlamada bildirilir:

“Komandamızın futbolçusu Olavio Juninyonun Braziliyanın “Flamenqo” klubuna transferi ilə bağlı rəsmi danışıqlar davam edir. Şəxsi müqavilənin müzakirəsi və keçidin rəsmiləşməsi üçün 28 yaşlı hücumçu Braziliyaya - Rio de Janeyroya yollanıb”.