“Qarabağ” “Kəpəz”i darmadağın etdi

qarabag-kepezi-darmadagin-etdi
Oxunma sayı: 4331

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qarabağ” yoxlama oyununda qüvvəsini sınayıb.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Kəpəz”lə üz-üzə gəlib. Qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ”ın qollarını Aleksey Kaşuk (3), Emmanuel Adday və Davud Məsumov vurub. “Kəpəz”in heyətində isə Ehtiram Şahverdiyev fərqlənib.