Bu gün Azərbaycanda 2021/22 mövsümünün ikinci yarısı start götürəcək.
“Qafqazinfo” xəbər verir ki, ilin ilk oyunları ölkə kubokuna təsadüf edəcək.
1/4 final mərhələsinin ilk oyunları Bakıda baş tutacaq iki matçla başlayacaq. Öncə çempionatın lideri “Qarabağ” kubokun son qalibi “Keşlə”ni sınağa çəkəcək.
Günə “Neftçi”nin ev matçı ilə yekun vurulacaq. Son çempionu “Sabah”ı qəbul edəcək.
Qeyd edək ki, 1/4 finalın “Zirə” – “Səbail” və “Sumqayıt” – “Qəbələ” matçları sabah keçiriləcək.
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
1 fevral (çərşənbə axşamı)
17:30. “Qarabağ” – “Keşlə”
Baş hakim: Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika Stadionu
19:45. “Neftçi” – “Sabah”
Baş hakim: Əliyar Ağayev
“Bakcell Arena”
Son xəbərlər
Son Xəbərlər