“Neftçi” uduzdu, “Qarabağ” qalib gəldi - Yenilənir

neftci-uduzdu-qarabag-qalib-geldi
Oxunma sayı: 3402

Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, günün ilk matçı “Neftçi” və “Sumqayıt” komandaları arasında baş tutub. "Bakcell Arena"da keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.

Günün ikinci matçında isə “Qarabağ” “Keşlə”ni qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, ötən gün “Qəbələ” doğma meydanda “Sabah”a 3:0 hesabıyla qalib gəlib, “Səbail” – “Zirə” matçında isə qapılara qol vurulmayıb.

Azərbaycan kuboku
1/4 final

16 dekabr

“Neftçi” – “Sumqayıt” - 0:1

Qol: Rəhim Sadıxov, 48
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bakcell Arena”, 18:00

“Qarabağ” – “Keşlə” - 1:0 

Qol: İsmayıl İbrahimli, 53

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00