““Qarabağ” kimi komandaya qol vurmaq özü bir qəhrəmanlıqdı”

qarabag-kimi-komandaya-qol-vurmaq-ozu-bir-qehremanliqdi
Oxunma sayı: 832


“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” səfərdə “Xəzər Lənkəran”la 1:1 bərabərə qalıb.

Lənkəran şəhər stadionundakı qarşılaşmadan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın məşqçisi Elbrus Məmmədov heç-heçəni belə şərh edib:

“Maraqlı oyun oldu. Hər iki komanda yaxşı futbol sərgilədi. Rəqibimizə uğurlar arzu edirəm. İnanıram ki, “Qarabağ” bu il də Azərbaycan çempionu olacaq. “Qarabağ” kimi komandaya qol vurmaq özü bir qəhrəmanlıqdı”.