“Qarabağ” Konfrans Liqasının ən yaxşıları arasında

qarabag-konfrans-liqasinin-en-yaxsilari-arasinda
Oxunma sayı: 1452

“Qarabağ” Konfrans Liqasının 2021/22 mövsümündə ən yaxşı statistik göstəricilərə malik komandalar arasına düşməyi bacarıb

“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi final matçından sonra açıqlanan nəticələrə əsasən, topa nəzarətə görə turnirin ən güclülərindədir. “Qarabağ” 59 faizlik göstərici ilə 2-cidir. Komanda yalnız AZ-dən (59,9 faiz) geri qalır. Həmçinin “Qarabağ” dəqiq ötürmələrin sayına görə ilk “5-liy”ə düşüb.

“Qarabağ” əsas mərhələdə keçirdiyi 8 qarşılaşmada 83,9 faiz dəqiqliklə oynayıb. Qurban Qurbanovun kollektivi ən çox küncdən zərbə yerinə yetirən komandalardan biridir - 66. Turnirin qalibi “Roma” 75, digər finalçı “Feyenoord” isə “Qarabağ”la birlikdə 66 dəfə küncdən zərbə yerinə yetirib.