“Qarabağ” legioneri ilə yollarını ayırdı

qarabag-legioneri-ile-yollarini-ayirdi
Oxunma sayı: 729

“Qarabağ”dan ayrılan ilk futbolçunun adı bəlli olub. “Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Boyan Şaranovla əməkdaşlığı bitirib.

Əsas heyətə düşməkdə çətinlik çəkən serbiyalı qolkiper baş məşqçi Qurban Qurbanova lazım olmayıb.
 
Qeyd edək ki, Boyan Şaranov “Qarabağ”a ötən yay transfer olunmuşdu.