“Qarabağ” “Linkoln”u keçsə, ikinci mərhələnin ilk matçını Polşada keçirəcək

qarabag-linkolnu-kecse-ikinci-merhelenin-ilk-matcini-polsada-kecirecek
Oxunma sayı: 1657

Polşanın “Rakuv” klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki ilk oyununun vaxtı müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, I raundda Estoniya “Flora”sını üstələyən Polşa çempionu növbəti raunddakı ilk qarşılaşmasını iyulun 26-da evdə keçirəcək.

“Rakuv”un mümkün rəqibləri isə “Qarabağ” və “Linkoln”du. Azərbaycan çempionu Cəbəllütariq təmsilçisini üstələməyi bacarsa, iyulun 26-da Bakı vaxtı ilə saat 22:15-də “Rakuv”un qonağı olacaq.

Qeyd edək ki, “Qarabağ”la “Linkoln” bu gün saat 20:00-da Bakı Olimpiya Stadionunda cavab matçına çıxacaq. Cəbəllütatiqdəki ilk oyunda ağdamlılar 2:1 hesablı qələbə qazanıb.