“Qarabağ” loqosunu dəyişdi - Foto

qarabag-loqosunu-deyisdi
Oxunma sayı: 1982

“Qarabağ” rəsmi saytı vastiəsilə məlumat yayıb. “Qafqazinfo” xəbər verir ki, bu, klubun loqosunun dəyişdirilməsi ilə bağlıdı:  “Qarabağ” Futbol Klubu (FK) ölkə çempionatlarında ardıcıl dördüncü dəfə çempion olmaqla ümumilikdə bu sayı beşə çatdırmışdır.

Bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. “Qarabağ” FK bu praktikadan yararlanaraq loqomuz üzərinə 1 ulduz əlavəsi yönündə fəaliyyətə keçmişdir.

Klubumuzun loqosunda digər bir dəyişiklik isə “FK Qarabagh” ifadəsinin “Qarabağ FK”-yla əvəzlənməsidir  Klubumuz bu dəyişikliklərlə bağlı artıq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə də müraciət etmişdir".