“Qarabağ”-“Marsel” oyunu neytral meydanda keçirilə bilər

qarabag-marsel-oyunu-neytral-meydanda-kecirile-biler
Oxunma sayı: 3198

"Qarabağ"-"Marsel" matçı neytral ölkədə oynanıla bilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb “Qarabağ”ın futbolçularına vurulan peyvəndin Fransada tanınmamasıdır.

Bildirilib ki, “Qarabağ”ın bir neçə oyunçusunun COVID-19-a qarşı Fransada tanınmayan “Sputnik V” peyvəndi vurdurması problem yaradıb.

Fransada qəbul olunan qaydalara görə, bu peyvəndi qəbul edənlər ölkəyə buraxılmır.

Qeyd edək ki, “Qarabağ”ın Fransada UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşması fevralın 17-də, cavab görüşü isə ayın 24-də Bakıda keçirilməlidir.