“Qarabağ məsələsi delimitasiya ilə əlaqəli deyil”

qarabag-meselesi-delimitasiya-ile-elaqeli-deyil
Oxunma sayı: 2891

“Qarabağ məsələsi Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının fəaliyyəti ilə əlaqəli deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

Paşinyan qeyd edib ki, Bakı və İrəvanın fərqli ünsiyyət formatları var və bu formatlardan biri delimitasiya məsələsinə aiddir.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan dialoqunun ikinci istiqaməti İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılması formatıdır: “Regional nəqliyyat və iqtisadi kommunikasiyaların açılması ilə bağlı üçüncü istiqamət də var. Lakin, əlbəttə, regionda sülh üçün ən vacibi Qarabağ məsələsidir”.