“Qarabağ” meydana hərbi geyimdə çıxdı - Foto

“Qarabağ” meydana hərbi geyimdə çıxdı
Oxunma sayı: 1945

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun “Keşlə” – “Qarabağ” oyununda maraqlı hal yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın heyəti meydanda Vətən Müharibəsinin ildönümünü özünəməxsus şəkildə yad ediblər.

Belə ki, komanda meydana hərbi geyimdə çıxıb, eləcə də, futbolçular üzərində “Qəhrəmanları olan Vətənin bayrağı enməz” şüarı yazılmış pankart açıblar.