“Qarabağ” milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə bir yoxlama matçı keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı kollektiv Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası ilə qarşılaşacaq. Oyun martın 20-də baş tutacaq.
Qeyd edək ki, milli komandanın oyunları ilə bağlı Premyer Liqada yaranmış fasiləyə aprelin 3-də yekun vurulacaq. “Qarabağ” həmin gün səfərdə “Keşlə” ilə üz-üzə gələcək.
Son xəbərlər
Son Xəbərlər