“Azərbaycanın Qarabağ bölgəsi minalara, partlamamış hərbi sursatlara və müharibənin partlayıcı qalıqlarına (MHQ) görə dünyanın ən çirkli regionlarından biridir".
“Qafqazinfo” xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakıda minatəmizləmə fəaliyyəti üzrə beynəlxalq konfransda çıxışı zamanı bildirib.
"Minatəmizləmə işləri Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərində infrastrukturun təhlükəsiz bərpası, habelə məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıtması və sülhməramlı proseslərin gücləndirilməsi, habelə investisiya proqramlarının həyata keçirilməsi üçün ilkin şərtdir. ANAMA münaqişə zonasında zəruri infrastrukturun, o cümlədən yaşayış massivlərinin, qəbiristanlıqların, yolların, kanalların, elektrik xətlərinin çoxsaylı minalardan, improvizə olunmuş partlayıcı qurğulardan, iriçaplı raketlərdən təmizlənməsini davam etdirir”, - ANAMA-nın İdarə Heyətinin sədri bildirib.
Vüqar Süleymanov qeyd edib ki, bugünkü konfransda dünyanın 34 ölkəsindən 150 nəfərə yaxın şəxs iştirak edir.
Eldar Tanrıverdi
Son xəbərlər
Son Xəbərlər