“Qarabağ” mövsümdə ilk dəfə...

qarabag-movsumde-ilk-defe
Oxunma sayı: 1298

Azərbaycan Premyer Liqasının 25-ci turunda çempionluğu təmin edən “Qarabağ”ın evdəki qələbə seriyası qırılıb.

“Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki,  Ağdam klubu mövsümdə ilk dəfə öz meydanında xal itirib. Əvvəlki 10 matçın hamısında qalib gələn Qurban Qurbanovun baş məşqçisi olduğu komanda “Sabah”la qarşılaşmada bir xalla kifayətlənib – 1:1.

“Qarabağ” evdə sonuncu xal itkisi ilə 364 gün öncə - 2021-ci il mayın 4-də üzləşmişdi. Həmin vaxt “Zirə” ilə görüş 1:1 başa çatıb. Ötən mövsümün son ev oyununda “Keşlə”ni (indiki “Şamaxı”) iki cavabsız qolla yenən ağdamlılar ümumilikdə ardıcıl 11 ev qələbəsi qazanıb.