Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 1-ci turun daha bir oyunu keçirilib.
"Qafqazinfo" xəbər verir ki, son ölkə çempionu “Qarabağ” “Sabah”ı qəbul edib.
“Azersun Arena”da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Tura sabah keçiriləcək “Qəbələ” – “Zirə” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
1-ci tur
22 avqust
Qarabağ – Sabah 2:0
Qol: M.Emreli, 45; 68.
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Bakı. “Azersun Arena”.
Son xəbərlər
Son Xəbərlər