“Qarabağ müharibəsindən sonra erməni diasporu solmağa başlayıb” - Katolikos

qarabag-muharibesinden-sonra-ermeni-diasporu-solmaga-baslayib
Oxunma sayı: 2422

“Erməni diasporu özünə qarşı biganə olmağa, Ermənistanla bağlı məyus olmağa başlayıb”.

“Qafqazinfo” erməni mətbuatına istinadən xəbər verir ki, bunu Böyük Kilikiya Evinin katolikosu I Aram Feysbuk səhifəsində yazıb.

O, 2022-ci ilin niyə Diaspor İli elan edildiyini izah edib.

“Belə bir bəyanatla çıxış etmək üçün əsaslı səbəblərim var, çünki diaspor kiçilməyə başlayıb. Diaspor solmağa başlayıb. Diaspor özünə qarşı biganə olmağa, məyus olmağa başlayıb. Xüsusən də Qarabağ müharibəsindən sonra.

Gənclər həyatımızdan, kollektiv həyatımızdan, qurumlarımızdan getməyə başlayıb. Erməni həyatında əcnəbinin olması əhəmiyyətli olmağa başlayıb. Biz ətrafımızda baş verən dəyişikliklərlə ayaqlaşa bilməmişik”.

Xatırladaq ki, yanvarın 9-da katolikos I Aram 2022-ci ili “Diaspor ili” elan edib.