“Dağlıq Qarabağ münaqişəsində status-kvo stabil deyil və müharibə təhlükəsi yaradır”.
“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun sabiq həmsədri Ceyms Uorlik “Amerikanın səsi”nə müsahibəsində deyib.
C.Uorlik qeyd edib: “Status-kvo sabit deyil, müharibə təhlükəsi yaradır, sülh isə regionda hər şeyi dəyişəcək”.
Onun sözlərinə görə, regionun əhalisi sülhə layiqdir: “Dağlıq Qarabağın statusu məsələsinin müzakirəsi zəruridir, eyni zamanda, Azərbaycan ərazilərinin qaytarılması barədə danışmaq lazımdır”.
Son xəbərlər
Son Xəbərlər