“Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş var”

qarabag-munaqisesinin-nizamlanmasinda-irelileyis-var
Oxunma sayı: 2437

“Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində irəliləyiş var”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Enzo Moavero-Milanezi ATƏT-in Daimi Şurasının iclasında çıxışında deyib. O, hər iki ölkədə seçkilərin keçirilməsinə baxmayaraq, ATƏT-in fəaliyyəti çərçivəsində ərazi mübahisəsinin həlli istiqamətində irəliləyiş olduğunu qeyd edib. Moavero-Milanezi bildirib ki, ATƏT Qərblə Şərq arasında konstruktiv dialoq üçün meydan olmalıdır:

“Bundan əvvəl təhlükəszilik ideyası informasiya əldə olunması prinsipinə söykənirdi. Bu gün isə təhlükəsizlik və müasirliyə cavab informasiya və əməkdaşlıq mübadiləsindən asılıdır”.