“Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Yerevanda jurnalistlərlə görüşü zamanı bildirib:
“Biz münaqişələrin həlli prosesinə cəlb olunmamışıq, ancaq bizim müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sülhə maraqlıdırlar. NATO-nun dəyərləndirməsinə görə, Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər, uğurlu hərbi həll yolu yoxdur. Bu mövqeyi bütün tərəflərin nəzərinə çatdırırıq”.
Appaturayın sözlərinə görə, son vaxtlar təmas xəttində atəşkəsin pozulması hallarının azalması təqdirəlayiqdir.
Son xəbərlər
Son Xəbərlər