Mayın 25-də ”Qarabağ” və “Neftçi” komandaları arasında keçiriləcək Azərbaycan kubokunun final görüşünün biletləri artıq satışa çıxmaq üzrədir.
“Qafqazinfo” xəbər verir ki, stadionun sektorları komandalar arasında bərabər bölünüb.
Belə ki, 1-13-cü sektorlar “Qarabağ”, 16-28-ci sektorlar isə “Neftçi” azarkeşlərinin ixtiyarındadır. Peşəkar Futbol Liqası tərəfindən çap olunan biletlər artıq klublara təhvil verilib. Bilet satışını klublar həyata keçirəcəklər.
Qeyd edək ki, biletlər sektorlardan asılı olaraq, 1, 3, 5 və 30 manata satılacaq.


Son xəbərlər
Son Xəbərlər