“Qarabağ” - “Neftçi” oyununa getmək istəyənlərin nəzərinə

qarabag-neftci-oyununa-getmek-isteyenlerin-nezerine
Oxunma sayı: 1377

Mayın 25-də Azərbaycan kubokunun finalında "Neftçi" ilə qarşılaşacaq "Qarabağ" bu matçın biletlərini bu gündən etibarən satışa çıxarıb.

Qafqazinfo” xəbər verir ki, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq olar.

Qeyd edək ki, azarkeşlər üçün 1-13-cü sektorlara olan biletlər nəzərdə tutulub. 1-10-cu sektorlara biletin qiyməti 1 manat, 11-12-ci sektorlara 3 manat, 13-cü sektora isə 5 manatdır.

Xatırladaq ki, "Qarabağ" - "Neftçi" matçı mayın 25-i saat 20:00-da start götürəcək.