Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları üçün bütün təyinatlar açıqlanıb. “Qafqzinfo” xəbər verir ki, təkrar qarşılaşmaları idarə etmək FİFA referilərinə tapşırılıb.
Özü də maraqlıdı ki, Əliyar Ağayev "Neftçi" ilə "Qarabağ"ın ilk görüşündə də baş hakim olmuşdu. Yeni FİFA referimiz Ömər Paşayev isə "İnter"lə "Qəbələ"nin Bakıdakı qarşılamasında Elvin Əsgərovun başçılıq etdiyi briqadada ehtiyat hakim idi.
5 aprel (çərşənbə)
“Qəbələ” – “İnter”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Nahid Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu, 16:30
“Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Xaqani Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30
Qeyd edək ki, hər iki matç "CBC Sport"la canlı yayımlanacaq.
Son xəbərlər
Son Xəbərlər