“Qarabağ” – “Neftçi” oyununun vaxtı dəyişdi - Seçkiyə görə

qarabag-neftci-oyununun-vaxti-deyisdi
Oxunma sayı: 1005

Azərbaycan Premyer Liqasında XVI turun oyunlarının vaxtı dəyişdirilib. “Qafqazinfo” Futbolpress.az-a istinadən xəbər verir ki, matçlar əvvəldən nəzərdə tutulduğu kimi 8, 9 fevral tarixlərində baş tutmayacaq.

Buna səbəb fevralın 9-da ölkədə parlament seçkilərinin keçirilməsidi. Bizdə olan məlumata görə, seçkiləri nəzərə alan PFL oyunları 1 gün əvvələ çəkməyi məqsədəuyğun hesab edib. Beləliklə, XVI tur oyunları 7-8 fevral tarixlərində baş tutacaq.

Əvvəlcədən ayın 8-ə salınan "Keşlə" - "Səbail" və "Sabah" - "Qəbələ" matçları 7 fevralda, ayın 9-da keçirilməli olan "Sumqayıt" - "Zirə" və "Qarabağ" - "Neftçi" görüşlərinin isə 8 fevralda baş tutması planlaşdırılır.