“Qarabağ” “Neftçi”ni darmadağın etdi

qarabag-neftcini-darmadagin-etdi
Oxunma sayı: 2998

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun mərkəzi oyunu da ilk oyun gününə təsadüf edib.

Son çempion “Qarabağ” doğma meydanda əvəzli rəqibi “Neftçi” ilə üz-üzə gəlib. Ağdam təmsilçisi əzəli rəqibini böyük hesabla məğlub edib.

“Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu sabah keçiriləcək. Sonuncu oyun günündə (22 sentyabr) isə “Səbail” “Sabah”ı, “Sumqayıt” “Zirə”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası

7-ci tur

20 sentyabr

“Qarabağ” – “Neftçi” 4:0

Qollar: Robert Bauer, 18-öz qapısına. Olavio Juninyo, 29. Yassin Benzya, 45+3. Leandro Andrade, 90+1.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.

“Azersun Arena”, 20:00.