Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Lider “Qarabağ” səfərdə əzəli rəqibi “Neftçi” ilə üz-üzə gələcək. Azərbaycan derbisini Elçin Məsiyevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Bu turun “Qəbələ” – “Səbail” və “Sabah” – “Şamaxı” oyunları dekabrın 3-də, “Kəpəz” – “Sumqayıt” və “Zirə”– “Turan Tovuz” görüşləri isə ayın 4-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
16-cı tur
2 dekabr
“Neftçi” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
Bakı. “Bakcell Arena”, 21:00.
***
Matç başladı.
***
“Qarabağ” hesabı açdı. Kadi Borxes 37-ci dəqiqədə fərqləndi.
***
İkinci hissə başladı.
***
“Qarabağ” ikinci qolu vurdu. Zubir 60-cı dəqiqədə fərqləndi.
***
“Qarabağ” 3-cü qolu vurdu. Ramil Şeydayev 67-ci dəqiqədə fərqləndi.
***
“Qarabağ”dan 4-cü qol. Kadi Borxes 83-cü dəqiqədə fərqlənir.
***
“Neftçi” - “Qarabağ” oyunu bitdi.